Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu

Baxış: 158
Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu


Kseniya Sobçak Yekaterinburqda güc strukturları əməkdaşlarının reydi zamanı iki azərbaycanlının ölməsindən sonra Rusiya ilə Azərbaycan arasında qızışan ixtilafı şərh edib.

"Rusiyalı jurnalist və ictimai xadim öz "Telegram" kanalında Azərbaycan mətbuatında mərhumların meyitlərinin yarılması ilə bağlı yayılan görüntülərə diqqət çəkib.

Halbuki Rusiyanın İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölüm səbəbi kimi ürək çatışmazlığını göstərir.

Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı məhkəmədə sübuta yetirilməlidir və bu, işgəncələrə bəraət qazandıra bilməz:

"Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə şübhəli bilinmələrinin fərqi yoxdur".

Sobçakın sözlərinə görə, hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala gətirib çıxarıb:

"Və sonra təəccüblənəcəyik ki, niyə bizi "orada" bəyənmirlər, bizi gözləmirlər və niyə bizi saxlayırlar. Bütün bunlar ona görədir ki, kimsə öz cəzasızlığına həddindən artıq inanıb".(oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.