Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çin İrana sirli təyyarələr göndərir - The Telegraph

Baxış: 177
Çin İrana sirli təyyarələr göndərir - The Telegraph


Çin İsrailin zərbələrindən sonra İrana sirli yük təyyarələri göndərir.

Bu barədə “The Telegraph” yazıb.

Nəşrin yazdığına görə, son üç gün ərzində ən azı üç Çin yük təyyarəsi İrana uçub. Bu, İsraillə gərginliyin artması fonunda Tehrana mümkün hərbi yardımla bağlı narahatlıqları artırır.

Çin İrana bir neçə “Boeing 747” yük təyyarələri göndərib. Uçuşların monitorinqi məlumatları Şanxay da daxil olmaqla Çin şəhərlərindən qalxan təyyarələrin Orta Asiya üzərindən uçduğunu və İran sərhədi yaxınlığında radarlardan itdiyini göstərib. Uçuş planlarında son təyinat məntəqələri Lüksemburq kimi göstərilib, lakin təyyarələr Avropa hava məkanında aşkar edilməyib.

Mütəxəssisləri təyyarələrin konkret olaraq nə daşıdığı narahat edir. Onlar qeyd edirlər ki, belə təyyarələr çox vaxt hərbi texnikanın daşınması üçün istifadə olunur.

Çin və İran ABŞ-ın qlobal təsirinə qarşı birgə müqaviməti ilə birləşən strateji tərəfdaşlardır. Gündəlik iki milyon barelə qədər neft də daxil olmaqla, Çinin əsas enerji təchizatçısı kimi İran Pekinin regionda prioritet tərəfdaşı olaraq qalır.

Buna baxmayaraq, Pekin çox güman ki, ABŞ-la davam edən ticarət müharibəsi fonunda münasibətləri korlamamaq üçün diqqətli olacaq.

Çin əvvəllər mülki məhsul kimi gizlədilmiş silah tədarük etməyə cəhd edib. Xüsusilə Avropa kəşfiyyatı külək turbininin hissələri kimi maskalanmış dron komponentlərini ötürmək cəhdlərini ələ keçirib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.