Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp G7 sammitini tərk etdi – Makronun “atəşkəs” iddiasına sərt reaksiya

Baxış: 141
Tramp G7 sammitini tərk etdi – Makronun “atəşkəs” iddiasına sərt reaksiya


ABŞ Prezidenti Donald Trampın Kanadada baş tutan G7 sammitini vaxtından əvvəl tərk etməsi diqqət çəkib.

Xarici KİV xəbər verir ki, Ağ Ev Trampın İsrail-İran gərginliyinin artması səbəbindən tədbirdən tez ayrıldığını açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron G7 sammitində jurnalistlərə verdiyi açıqlamada ABŞ liderinin İsrail və İran arasında atəşkəs təklifi verdiyini bildirib.

"Həqiqətən də bir araya gəlmək, görüşmək təklifi var. Xüsusi olaraq atəşkəs əldə etmək, sonra daha əhatəli danışıqlara başlamaq təklifi irəli sürülüb", - deyə Makron söyləyib.

Tramp sosial şəbəkə hesabında paylaşım edərək Makronun atəşkəs iddiasını açıq şəkildə rədd edib:

“Diqqət çəkməyə çalışan Fransa Prezidenti Emmanuel Makron mən Kanadada keçirilən G7 sammitini tərk edib, İsrail və İran arasında atəşkəsi təmin etmək üçün Vaşinqtona qayıtdığımı deyib”. Bu, yanlışdır. Vaşinqtona niyə getdiyimlə bağlı heç bir fikri yoxdur, bu, qətiyyən atəşkəslə bağlı deyil. Daha böyük bir məsələdir. Bilərəkdən və ya bilməyərəkdən Makron həmişə yanılır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.