Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xərçəngin çarəsi əqrəbdə tapıldı

Baxış: 445
Əlvan əqrəbin zəhərinin molekullarını autoimmun xəstəliklərin müalicəsinə uyğunlaşdırmaq mümkün olub. Bundan başqa, o, bəzi onkoloji xəstəliklərin müalicəsində də kömək edə bilər.
Bu barədə rusiyalı və belçikalı alimlərin “Frontiers in Pharmacology” elmi jurnalında dərc olunan məqaləsində deyilir.
Əlvan əqrəbin (Mesobuthus eupeus) zəhərinin molekulları həyati fizioloji funksiyaları yerinə yetirən, hüceyrələrin bölünməsində və immun reaksiyalarda iştirak edən kalium kanallarını blok edə bilir.
Bu kanalların işini əqrəb zəhərindəki bloklaşdırıcı maddənin köməyi ilə daha az aktiv hala gətirmək olar. Söhbət kalium kanallarını tıxaya bilən amin turşuları zəncirindən gedir.
Tədqiqatçılar xərçəngin və bir sıra digər xəstəliklərin inkişafına gətirib çıxaran kanalların bağlanması üçün zəhərin tərkib hissəsini süni şəkildə dəyişdirə biliblər.
Hazırda elm adamları belə zülalların və kalium kanallarının qarşılıqlı əlaqəli sahələrinin necə qurulduğunu araşdırırlar. Bunu öyrənmək yeni nəsil dərmanların hazırlanmasına kömək edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.