Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tehran dünyaya bəyan etdi: Nüvə silahı yaradılacaq

Baxış: 164
Tehran dünyaya bəyan etdi: Nüvə silahı yaradılacaq


ABŞ və İran arasında danışıqların davam etdiyi müddətdə İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmayacaq.

Belə bir bəyanatla Tehran Dialoq Forumu İranın xarici işlər naziri Abbas Araqçı çıxış edib.

ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun İrana nüvə silahı yaradılmasına imkan verilməyəcək bəyanatını şərh edən iranlı nazir deyib:

"Bu açıqlamalar danışıqların reallığından tamamilə uzaqdır və zənginləşdirmə davam edəcək".

Araqçı əlavə edib ki, əgər onların məqsədi nüvə silahı istehsalının qarşısını almaqdırsa, İran hazırdır: “Amma real olmayan tələbləri varsa, təbii ki, yerinə yetirilməyəcək”.

O eyni zamanda Tehranın danışıqlarının gələcək perspektivi ilə bağlı mövqeyini də açıqlayaraq bildirib ki, qeyri-real gözləntilər olacaqsa, ABŞ-la danışıqlar dayandırılacaq.

İranın (aşağı səviyyədə) uranın zənginləşdirilməsi fəaliyyətlərinin dayandırıla bilməyəcəyini deyən Araqçı bildirib: "Bu, İran xalqının mübahisəsiz haqqıdır. Bu, İran xalqının çox çalışdığı və nüvə alimlərimizin qanı da daxil olmaqla, ağır bədəl ödədiyi böyük bir elmi nailiyyətdir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.