Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"

Baxış: 178
İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"


"Əgər regiondakı müxtəlif qruplaşmalar – Yəməndəki “Ənsar Allah” (husilər) və ya Livandakı “Hizbullah” İsrailə qarşı təhdid və hücumlarını davam etdirərlərsə, Tehran ciddi nəticələrlə üzləşəcək".

Xarici KİV xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yisrael Katz deyib.

Katz qeyd edib ki, İsrail istənilən təhlükə və düşmənə qarşı özünü müdafiə etməyə qadir olmalıdır:

“Mən İran rəhbərliyini xəbərdar edirəm. Siz husiləri maliyyələşdirir, silahlandırır və idarə edirsiniz. Buna görə birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda Hizbullaha, Qəzzada HƏMAS-a, Dəməşqdə Əsədə və Yəməndə husilərə etdiyimizi Tehranda da sizə edəcəyik".

Qeyd edək ki, bu həftənin əvvəlində İsrail təyyarələri Yəmənin paytaxtı Sənada beynəlxalq hava limanına, elektrik stansiyalarına, yanacaq anbarlarına və ölkənin şimal-qərbində yerləşən sement zavoduna zərbələr endirib. Bu, Ben Qurion hava limanına edilən raket hücumuna cavab olaraq həyata keçirilib. Husilər İsrailə cavab verəcəklərini bəyan ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.