Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…

Baxış: 172
Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…


ABŞ prezidenti Donald Trampın xarici siyasətdə atdığı addımlar bütün dünyada narahatlıq doğurur. Bu  amillərdən biri də  Trampın  hakimiyyətə yenidən qayıdışı ilə dünyada nüvə silahlarının yeni dövrü başlamasıdır.

Bu barədə “Financial Times” nəşri yazıb.  

Nəşrin yazdığına görə, belə, Trampın xarici siyasətdə atdığı addımlar, Rusiyaya yaxınlığı, NATO və Avropaya qarşı uzaq mövqeyi Berlindən Varşavaya, Seuldan Tokioya kimi müttəfiq dövlətləri qaçılmaz suallar qarşısında qoyub.

Analitiklərin fikrincə, Trampın xüsusilə Rusiyaya qarşı mövqeyi Avropa və Asiyadakı müttəfiqlərinin bu ölkələrin öz nüvə qalxanlarını qurmağı planlaşdırdıqlarını söyləməsinə səbəb olub.

“Financial Times” yazır ki, Trampın xarici siyasəti nüvə silahına malik dövlətlərin sayını 25-ə çatdıra bilər.

Hazırda nüvə variantlarını nəzərdən keçirən ölkələr arasında Almaniya, Polşa, Cənubi Koreya və Yaponiya var. Almaniya Fransa və İngiltərə ilə nüvə silahı paylaşmaq ideyasını müzakirə edir.

Polşa öz ərazisində Amerikanın nüvə başlıqlarını yerləşdirmək istəyir.
Yaponiya və Cənubi Koreya nüvə silahından Çin və Şimali Koreyaya qarşı çəkindirici vasitə kimi istifadə etmək niyyətindədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.