Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Argentinada “Smart Fermerlik Məktəbləri” layihəsi start götürdü

Baxış: 194

Sahibkartv.az xəbər verir ki, Argentina hökuməti 2025-ci ildən etibarən kənd yerlərində "Smart Fermerlik Məktəbləri" layihəsinə start verib. Layihənin əsas məqsədi gənc fermer nəslini müasir kənd təsərrüfatı bilikləri və texnologiyaları ilə təmin etməkdir.

Yeni tip kənd məktəblərində süni intellektin tətbiqi, dron texnologiyası, aqro-robotlar və innovativ becərmə üsulları üzrə təlimlər keçiriləcək. Burada gənclər rəqəmsal aqroplatformalarla işləməyi, ağıllı suvarma sistemlərini qurmağıfermerlikdə məlumat analitikasından necə istifadə olunacağını öyrənəcəklər.

Argentina hökuməti bildirir ki, bu layihə kənd təsərrüfatının innovativ inkişafına təkan verəcək, eyni zamanda regionlarda gənclərin kənddə qalaraq müasir fermerlərə çevrilməsinə şərait yaradacaq. Məktəblərdə həm nəzəri, həm də praktiki dərslər təşkil olunacaq, gənc fermerlər real təsərrüfat sahələrində tətbiqi biliklər əldə edəcəklər.

Layihə çərçivəsində ilk mərhələdə 15 kənddə məktəb açılması, sonrakı illərdə isə bu modelin bütün ölkə üzrə genişləndirilməsi planlaşdırılır. Məqsəd Argentinanın kənd təsərrüfatında məhsuldarlığı artırmaq və ixrac potensialını gücləndirməkdir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.