Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zelenski: Rusiyanın bu təklifini dəstəkləyirik

Baxış: 163
Zelenski: Rusiyanın bu təklifini dəstəkləyirik


Ukrayna Rusiyanın Ukraynanın enerji sektoruna hücumlarının dayandırılması təklifini dəstəkləyir. 

Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Dayanıqlı sülhə nail olmaq üçün hər kəs təzyiq göstərməlidir”, - Zelenski bildirib.

Zelenski əlavə edib ki, Rusiyanın Ukraynanın enerji sektoruna zərbələrini dayandırmaq təklifi ilə bağlı təfərrüatlarını bilmək istərdik.

"Daha çox təfərrüat eşitmək istərdim. Mən təfərrüatları görmədim. Biz müharibəni bitirmək üçün bütün addımları dəstəkləyirik. Amma nəyisə dəstəkləmək üçün dəqiq nəyi başa düşmək lazımdır. Prezident Trampın vaxtı olsa, bunu edəcək", - Zelenski əlavə edib.

O eyni zamanda vurğulayıb ki, Ukrayna və Rusiya Amerika tərəfinin vasitəçiliyi ilə enerji infrastrukturuna hücum etməmək barədə razılığa gələ bilərlər:

“Ola bilməz ki, Rusiya bizim enerji sektorunu vursun və biz susaq. Biz də cavab verəcəyik. Amma qarşılıqlı şəkildə hər iki  tərəf enerji sektoruna zərbə vurmaya bilər” .

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.