Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail Qəzzaya hücumları bərpa etdi

Baxış: 197
İsrail Qəzzaya hücumları bərpa etdi


İsrail Qəzza zolağında HƏMAS qruplaşmasının obyektlərinə zərbələri bərpa edib.

“Bu barədə məlumatı İsrailin Müdafiə ordusu yayıb. 

Ordu, həmçinin Qəzza ilə sərhəd yaxınlığında yerləşən İsrail yaşayış məntəqələrində təhsil müəssisələrinin işini müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS ABŞ-nin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Stiv Uitkoff və digər vasitəçilərin bütün təkliflərini rədd edib. 

Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS arasında barışıq qüvvəyə minmişdi. Bu atəşkəs isə çormərhələli idi: birinci mərhələ İsrailin Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasına imkan yaratması, İsrail qoşunlarının sıx məskunlaşan ərazilərdən çıxarılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tuturdu. Birinci mərhələnin müddəti martda başa çatıb.

Bunun ardınca isə İsrail razılaşmanın ikinci hissəsinə keçməyi deyil, birinci mərhələnin müddətinin uzadılmasını tələb edib. HƏMAS isə öz növbəsində bu təklifdən imtina edərək, ilk razılaşmaya riayət etməyi tələb edib. Qruplaşma vurğulayıb ki, İsrail ilk olaraq öz qoşunlarını Qəzza zolağından tamamilə çıxarmalıdır və  tərəflər arasında mübadilə bundan sonra baş tuta bilər. Bununla belə, tərəflər yeni şərtlər üzrəində işlədiyi müddətdə atəşkəs rejimi təqribən 3 həftə uzadılmışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.