Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun

Baxış: 203
Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun


Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusundan vaz keçməyən ABŞ prezidenti Donald Tramp bunu növbəti dəfə dilə gətirib. 

 Tramp sosial media platformasında açıqlamasında ABŞ Konqresindəki çıxışını xatırladaraq deyib:  “Çıxışımda açıq şəkildə qeyd etdiyim kimi, ABŞ Qrenlandiya xalqının öz gələcəyini təyin etmə haqqını güclü şəkildə dəstəkləyir. 

Qrenlandiya xalqına İkinci Dünya müharibəsindən bəri olduğu kimi, sizi də qorumağa davam edəcəyik. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. İstəyirsinizsə, sizi yer üzündəki ən böyük dövlətin, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik".

Qrenlandiyanın ABŞ-nin milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp qeyd edib ki, bu və ya digər şəkildə Qrenlandiyanı alacaqlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.