Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"

Baxış: 207
"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"


Donald Trampın yeni komandasında yer alan iş adamı İlon Mask Ağ Evə buraxılmayacaq və buna imkan verilməyəcək.

Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bannon İtaliyanın 
“Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

İlon Maskı çox pis adam kimi dəyərləndirən Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağına söz verib.

O, yanvarın 20-nə planlaşdırılan yeni dövlət başçısının andiçmə mərasiminə qədər iş adamını Ağ Evdən qovmağa çalışacağını bildirib. "Maskın Ağ Evə tam girişi olmayacaq. O, hamı kimi olacaq”, - Bannon qeyd edib.

O eyni zamanda Maska öz vətəni olan Cənubi Afrikaya dönməyi tövsiyə edib.  Bildirib ki, Tesla qurucusunun yeganə məqsədi trilyonçu olmaqdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.