Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Los-Ancelesdə MÖCÜZƏ: Bir villadan başqa hamısı yandı - FOTO

Baxış: 187
Los-Ancelesdə MÖCÜZƏ: Bir villadan başqa hamısı yandı - FOTO


Los-Ancelesdəki güclü yanğınlar nəticəsində 12 mindən artıq ev və avtomobil yanaraq külə dönüb. Fəlakətin baş verdiyi və cəhənnəmə çevrilən Los-Ancelesdəki yanğınlar zamanı da möcüzələr baş verib. 
Sahibkartv.az xəbər verir ki, Malibu sahilindəki villalar külə döndüyü halda 2000-ci ildə tikilmiş villanın yanğından heç bir zərər görmədən salamat çıxması diqqət çəkib. Bu villanın ABŞ-də məşhur professor və iş adamı Devid Ştaynerə məxsus olduğu öyrənilib.
Villa 8 milyon dollar dəyərində qiymətləndirilir. Ətrafı külə dönən villaya necə ziyan dəymədiyi maraq mövzusu olaraq qalır.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra demək olar ki, zərər görmədən xilas olan villanın yaşayış sahəsi 390 kvadratmetrdir. Villada dörd yataq və dörd vanna otağı var.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.