Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistanın qərarına Kremldən "mümkün deyil" açıqlaması

Baxış: 185
Ermənistanın qərarına Kremldən "mümkün deyil" açıqlaması


Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil.
Sahibkartv.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləməsinə münasibət bildirərkən deyib.
"Bu Aİ-yə üzvlük nə deməkdir? Bunu indidən söyləmək çətindir, çünki əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil. Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlük faydalıdır", deyə Kremlin rəsmi nümayəndəsi Moskvanın mövqeyini açıqlayıb.
Qeyd edək ki, Ermənistan hökuməti bu gün ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.