Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-də təyyarə qəzası, ölənlər var - Foto

Baxış: 213
ABŞ-də təyyarə qəzası, ölənlər var - Foto


ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya İdarəsi məlumat yayıb.
Yerli vaxtla saat 14:15-də təyyarə mebel fabrikinin damına çırpılıb.
Fullerton Polis İdarəsi 10 nəfərin xəstəxanaya aparıldığını, 8 nəfərə isə hadisə yerində tibbi yardım göstərilərək buraxıldığını bildirib. Xəsarət alanlardan azı 12-sinin fabrik işçisi olduğu bildirilir.
Qəza nəticəsində 2 nəfər həlak olub.
Məlumata görə, qəza partlayışla müşahidə olunub.
Səlahiyyətlilər qəzanın necə baş verdiyi barədə hələlik açıqlama verməyib. Ölənlərin binadakı işçilər, yoxsa təyyarədə olanlar olduğu hələlik məlum deyil.
Polis qəzanın baş verdiyi ərazidəki binaları boşalddıqlarını bildirib və əhalidən hadisə yerinə yaxınlaşmamağı xahiş edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.