Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı

Baxış: 197
Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı


Rusiyalı milyarderlərin sərvəti 2024-cü ildə 18,5 milyard dollar artıb.

 Valyuta.az xəbər verir ki, ən zəngin rusiyalı milyarder "Norilsk Nikel"in sahibi Vladimir Potanin olub. Onun sərvəti il ​​ərzində 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb.

İkinci yerdə NLMK benefisiarı Vladimir Lisindir. O, 5,05 milyard dollar zənginləşib və indi 29 milyard dollara sahibdir.

Üçüncü yeri 2024-cü ildə 2,59 milyard dollar artıraraq 27,2 milyard dollar sərvətlə "Lukoyl"un həmsahibi Vahid Ələkbərov tutub.

Dördüncü və beşinci yerlərdə 24,8 milyard dollar sərvətlə "Novatek”in ortaq sahibi Leonid Mixelson və 24,2 milyard dollar sərvətlə "Severstal”ın benefisiarı Aleksey Mordaşov qərarlaşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.