Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya bu ölkələrlə müharibəyə hazırlaşıb: Gizli plan...

Baxış: 205
Rusiya bu ölkələrlə müharibəyə hazırlaşıb: Gizli plan...



Rusiya hərbçiləri 2013-2014-cü illərdə Yaponiya və Cənubi Koreya ilə müharibə ssenarilərini əhatə edən gizli planlar hazırlayıb.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Qərb mənbələri tərəfindən nəşrə sızdırılmış sənədlərə əsasən, siyahıya 160 hədəf daxil edilib:
“Bu obyektlərin yarısı hərbi infrastrukturdan ibarət olub: Yaponiya və Cənubi Koreya Silahlı Qüvvələrinin komandanlıq mərkəzləri, radiolokasiya qurğuları, aviabazalar və hərbi-dəniz obyektləri.
Bundan əlavə, siyahıda mülki və enerji infrastrukturu, o cümlədən zavodlar, körpülər və hətta atom elektrik stansiyaları da yer alıb. Sənədlərdə X-101 raketləri ilə hücum planları təhlil edilib”.
Qəzetin yazdığına görə, bu planlar 2008-2014-cü illər arasında potensial hücumlara hazırlıq üçün nəzərdə tutulsa da, hələ də Rusiya hərbi strategiyasında aktual hesab olunur.
"Rusiya hərbçiləri ölkənin şərq sərhədlərinin NATO ilə müharibə zamanı zəif qalacağından və ABŞ ilə müttəfiqlərinin hücumlarına açıq olacağından narahatdır", - qəzet qeyd edir.(Axar.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.