Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Notr-Dam kilsəsi 5 il sonra açılır - Bu tarixdə

Baxış: 205
Notr-Dam kilsəsi 5 il sonra açılır - Bu tarixdə


Fransanın simvollarından biri olan Notr-Dam kilsəsi 5 ildən sonra ziyarətçilərin üzünə açılır.
Sahibkartv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kilsə dekabrın 8-də açılacaq.
Qeyd edək ki, 2019-cu ildə baş verən güclü yanğından dərhal sonra Fransa Prezidenti Emmanuel Makron Notr-Damı 5 il ərzində tamamilə təmir edəcəklərinə söz vermişdi.
Yanğından əvvəl hər il 11 milyon insanın ziyarət etdiyi tarixi kafedral son 5 il ərzində dünyanın hər yerindən gələn turistlər üçün bağlı olub. Ziyarətçilər bərpa işləri ilə əlaqədar yalnız binanın ətrafında gəzə bilirdilər.
Bundan əlavə, yanğından sonra tarixi binanı əks etdirən fotoşəkil, açıqca və suvenirlərin satışında artım müşahidə olunub.
Xatırladaq ki, kilsənin əsası 1162-ci ildə qoyulub. 19-cu əsrin əvvəllərində Paris şəhər layihəçiləri, baxımsızlıq səbəbindən Notr-Dam kilsəsinin kafedralını sökmək istəyib. Paris Kommunası kilsənin dağıdılması barədə qərar verib. Kommuna nümayəndələri skamya və stullara atəş açıb, kilsəni yandırmağa çalışıb, lakin ciddi bir ziyan vura bilməyib.
Fransa inqilabı zamanı isə xalq kral hakimiyyətinin simvolu hesab olunan kilsəyə hücum edərək, kralların fasadda qoyulmuş heykəllərinin başlarını qoparıb. Həmçinin hücum zamanı bir sıra tarixi əhəmiyyətli əşyalar məhv edilib. Yalnız inqilabçıların partlayıcı maddələri bitdiyindən bina dağılmaqdan xilas olub. Kilsədən ərzaq anbarı kimi istifadə edilməsinə başlanılıb.
Fransız yazıçı Viktor Hüqo xalqın diqqətini kilsəyə çəkmək üçün “Paris Notr-Dam kilsəsi” əsərini yazıb. Kilsədəki yanğından sonra bu roman “Amazon” saytının Fransa seqmentində ən çox satılan 100 kitabdan biri olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.