Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Fetullah Gülenin yerinə onlar gələ bilər - SİYAHI

Terrorçu FETÖ başçısı Fətullah Gülenin ölümündən sonra terror təşkilatında nələrin baş verəcəyi maraq doğurur.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, pulu kimin idarə edəcəyinə qərar verə bilməyən təşkilatın dağılmaq üzrə olduğu bildirilir.
Qeyd olunur ki, geriyə həm də çox sayda daşınmaz əmlak qalıb.
CNN-in canlı yayımında məsələni şərh edən aparıcı Hande Fırat bildirib ki, təşkilatın ləğvi məsələsi gündəmə gələ bilər:
"Təkcə Afrikadakı məktəblərdən illik 200-250 milyon dollar pul axını var. Ona görə də ABŞ və Avropa komandaları bu pula nəzarət etmək üçün öz aralarında ciddi mübarizə aparırlar. Bu mübarizənin hansı həddə çatacağını görəcəyik. Həm Avropa, həm də ABŞ komandası rəhbərliyi öz üzərinə götürmək istəyir. Bu təşkilatın ipləri ABŞ və bir çox kəşfiyyat orqanlarının əlindədir. Sözügedən kəşfiyyat təşkilatları, Gülənin illərdir qonaq olduğu ABŞ təşkilata kimin rəhbərlik edəcəyinə qərar verəcək. Hər bir terror təşkilatının istifadə müddəti var və həmin istifadə müddəti bitibsə, təşkilat ABŞ tərəfindən ləğv edilə bilər. Bu, mübarizə davam edərsə və kimisə təyin etməsələr, mübahisənin getdikcə böyüyəcəyi göz qabağındadır”.
F.Gülenin yerinə kimin keçcəyinə ABŞ-nin qərar verəcəyi deyilsə də, artıq bir neçə namizədin adı səsləndirilir. Bu adlardan birincisinin terror təşkilatının yüksək səviyyəli idarəçilərindən Mustafa Özcan olduğu iddia edilir. O, təşkilatın İstanbul və Balkan lkələrindəki “imamı”, daha sonra xüsusi xidmətlər çərçivəsində Hava Qüvvələri Komandanlığının “özəl imamı” vəzifələrində çalışıb.
F.Gülenden sonra təşkilatda ən təsirli ikinci şəxs kimi adı çəkilir. O, F.Gülenin “təşkilat üzərindəki kölgəsi” adlandırılır. M.Özcanın əsas fəaliyyəti təşkilatın digər ölkələrdən də əldə edilən çirkli plların yuyulmasından ibarətdir.
Onun eyni zamanda FETÖ-nün tələ əməliyyatları üzrə əsas məsul adamı, həmçinin təşkilat daxilində “təyinat”larla məşğul olduğu qeyd edilir. Yəni M.Özcan təşkilatın üzvlərinin foto və video və digər məlumatları əldə edərək arxivləşdirir və lazım gəldikdə onlara qarşı istifadə edir. Ona qarşı olan FETÖ üzvlərinin ayağının altını qazdığı da məlumdur.

Digər namizəd isə Gülənin sirdaşı kimi tanınan İsmayıl Büyükçelebidir. FETÖ-də uzun illər ən yüksək səviyyədə “imam”ı kimi fəaliyyət göstərən Büyükçelebi təşkilatda “Böyük Qardaş” kimi tanınır.
Terrora görə axtarışda olanlar siyahısındakı M.Özcan və İ. Büyükçelebi qırmızı bülletenlə axtarışdadır. Onların hər iksinin başına ayrı-ayrılıqda 10 milyon lirə mükafat qoyulub.

Bu adlardan başqa Cevdet Türkyolu və Osman Şimşək adları da çəkilir.
C.Türkyolunun F.Gülenin katibi olduğu və eyni zamanda təşkilata aid sərvətin böyük bir hissəsini nəzarət altında saxladığı deyilir. Məlumata görə F.Gülenin qohumu ilə evli olan Ləqəbi “uzun Cevdet”olan bu şəxs F.Gülene ən yaxın şəxslərdənhesab edilirdi. Digər təşkilat üzvlərinin ondan çəkindiyi bildirilir. Məlumata görə, F.Gülenin xəstə oluğu dövrdə birbaşa ona qulluq göəstərib. C.Türkyolunun FETÖ daxilində xaosun qarşısını almaq üçün Gülenin uzun müddət sağlam görünməsi məqsədilə ona dərmanlar verdiyi də məlumatlıar arasındadır.
Onun O.Şimşəklə (təşkilatın sosial şəbəkə hesablarından məsul şəxs) 2021-ci ildə bir-birinə yumruq vuraraq mübahisə etdiyi həmin dövrlər xeyli danışılmışdı. Buna səbəb kimi isə C.Türkyolunun təşkilata aid 30 milyard dolları öz mənfəəti üçün xərcləməsinə dair üzə çıxan məktub olduğu bildirilir. Onun Türkiyənin 4 ayrı şəhərində 39 mülkünün, Pensilvaniya və Florita ştatlarında onun ailəsi adına qiyməti təxminən 100-450 min dollar aralığında olan 7 mənzili var.

FETÖ rəhbərliyinə namizədlər arasında adı hallanan digər bir şəxs isə təşkilatın kütləvi informasiya vasitələrin üzrə məsul şəxsi Ekrem Dumanlıdır.
Haber Global-ın məlumatına görə, F.Gülenin uzun müddətdir xəstə olması, psixi baxımdan qeyri-sabit əziyyətdə olmasına görə, təşkilat daxilində mübahisələr, xüsusilə də pul davası çoxdan yaranıb və get-gedə böyüyür. Təşkilatın yaradılmasından bəri orada olan Abdullah Aymaz isə FETÖ-nün Avropa üzrə məsul şəxsi kimi fəaliyyətə başlayıb. Onun M.Özcan və C.Türkyolunu Avropa qolunu təşkilatdan ayrımaqla hədələdiyi deyilir. Bu da təşkilat üzvlərinin daxildə bir-birlərinə qarşı sui-qəsdlər təşkil edə biləcəyi barədə söz-söhbətlərə səbəb olub.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-10-2024, 15:30 Oxunub: 37
Bölməyə aid digər xəbərlər
21-10-2024, 09:39
Fətullah Gülən dünyasını dəyişib - KİV
14-10-2024, 09:16
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
15-08-2024, 11:30
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 32 il ötür
5-07-2024, 17:38
Prezident Ərdoğan Qazaxıstandan qayıtdıqdan sonra danışdı: Putinlə Əsədi dəvət edə bilərik
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
11-10-2022, 16:54
Bakının daşınmaz əmlak bazarı yeni geosiyasi vəziyyətdə necə dəyişib?
20-09-2022, 19:35
Bakıdan çıxmadan xaricdə daşınmaz əmlak almaq mümkündürmü?
18-08-2022, 15:49
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
15-02-2022, 12:15
Azərbaycanın Londondakı dövlət əmlakının dəyəri 41 milyon funt sterlinq artıb - ÖZƏL + FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO