Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hindistanda yüksək hündürlükdə səyahət edən velosipedçi oksigen çatışmazlığından ölüb

Baxış: 219
Hindistanın 3 min metrdən çox hündürlükdə olan Ladax bölgəsində təkbaşına səyahət edən həvəskar velosipedçi Çinmay Şarma yüksəklikdə oksigen çatışmazlığından dünyasını dəyişib.

NDTV televiziyasının məlumatına görə, paytaxt Yeni Dehliyə bitişik olan Noida şəhərində yaşayan Şarma velosipedi ilə təkbaşına səyahət etmək üçün Ladaxın Leh şəhərinə gedib.

Bildirilib ki, bir neçə gün bölgədə gəzdikdən sonra baş ağrısı ilə xəstəxanaya yerləşdirilən həvəskar velosipedçi Şarma oksigen çatışmazlığından dünyasını dəyişib.

Səhra bölgəsi olan Leh şəhərində orta hündürlük 3 min metrdən çoxdur.

Hündürlüklə əlaqədar turistlərə ən azı 3 gün bölgəyə öyrəşmələri tövsiyə olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.