Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yeni Zelandiyadakı Whakaari vulkanı aktivləşir

Baxış: 198
Milli mətbuatda yer alan xəbərlərə görə, ölkənin şimalındakı Plenti körfəzi yaxınlığında yerləşən Uayt adasında vulkanın püskürtdüyü küllər təxminən 1,2 kilometr yüksəkliyə çatıb.

Milli hava yolu şirkəti Air New Zealand tərəfindən verilən açıqlamada partlayışdan sonra Tauranqa və Rotorua hava limanlarından edilməsi planlaşdırılan ən azı 10 uçuşun ləğv edildiyi, 3 reysin təxirə salındığı bildirilib.

Ölkənin Yer Elmləri Tədqiqat İnstitutu olan GNS Science-dan verilən açıqlamada, keçən həftə Whakaaridə yeni bir ventilyasiya aşkar edildiyi və vulkanik küldə artım olduğu ifadə edildi.

Məşhur turizm məkanı olan adada yerləşən Whakaari vulkanı 2019-cu ilin dekabrında püskürüb. Partlayış nəticəsində 22 turist ölüb, 25 nəfər isə ağır yaralanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.