Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp seçilərsə, İlon Maskı nazir və ya müşavir təyin edəcək

Baxış: 248
Donald Tramp və Elon Mask arasındakı əlaqələr möhkəmlənməkdə davam edir.

Pensilvaniya ştatında keçirilən seçki kampaniyası tədbirindən sonra mətbuata açıqlama verən Tramp bildirib ki, İlon Maskı kabinet vəzifəsinə təyin etməyi və ya qəbul edərsə ona məsləhətçi rolu verməyi düşünür.

Tramp həmçinin elektrikli avtomobillərin alışı üçün 7500 dollarlıq vergi güzəştini ləğv etməyi düşünəcəyini deyib və bunu "gülünc" adlandırıb.

Keçən həftə Mask sosial media platforması X-də Donald Trampla canlı yayımda çıxış edərək “Tramp ölkənin rifahı naminə seçkilərdə qalib gəlməlidir” demişdi.

Veriliş zamanı Mask Trampa hökumətin səmərəli fəaliyyəti ilə bağlı prezident komissiyasının yaradılmasını və onun bu komissiyanın rəhbəri təyin olunmasını təklif edib. Tramp bu təklifə “Bunu etmək istərdim” deyərək cavab verib.

İlon Mask 2016-cı il seçkilərində Hillari Klintonu, 2020-ci ildə isə Co Baydeni dəstəkləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.