Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Almaniya kansleri Şolz İran prezidenti Pezeşkianla telefonla danışıb

Baxış: 239
Almaniya kansleri Olaf Şolz İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Almaniya hökumətinin sözçüsü Volfqanq Büxnerin verdiyi yazılı açıqlamaya görə, Baş nazir Şolz Yaxın Şərqdə regional münaqişə təhlükəsindən narahatlığını ifadə edib.

Prezident Pezeşkiyanı hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağıran Şolz bəyan edib ki, Yaxın Şərqdə zorakılıq spiralını dərhal qırmaq lazımdır, əks halda region ölkələri və xalqları üçün saysız-hesabsız təhlükələr yaranacaq.

Münaqişələrə son qoymaq üçün Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın ən qısa zamanda bağlanıb həyata keçirilməsinin vacibliyini vurğulayan Şolz bunun regional gərginliyin azaldılmasına mühüm töhfə verəcəyini müdafiə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.