Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cənubi Koreya Şimali Koreyanın yenidən “zibil balonları” göndərdiyini bildirir

Baxış: 225
“Yonhap” xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada “zibil” daşıdığı düşünülən şarların Şimaldan göndərildiyi bildirilib.

Açıqlamada, hava şarlarının paytaxt Seulu əhatə edən Gyeonggi əyalətinin şimal hissəsinə doğru hərəkət etmə ehtimalının olduğu bildirilib və xalqa toxunulmaması istənən şarlarla bağlı səlahiyyətlilərə məlumat verməsi tövsiyə edilib.

NƏ OLDU?

Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Şimala Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər.

Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya 3 mindən çox zibil daşıyan şar göndərib.

İki ölkə arasında gərginliyə səbəb olan hava şarlarının göndərilməsi Şimali Koreya tərəfindən “ifadə azadlığı” kimi qiymətləndirilib və Cənubi Koreya bu bəyanatı pisləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.