Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Almaniyada otelin qismən uçması nəticəsində iki nəfər ölüb

Baxış: 225
Almaniyanın qərbində Mosel çayının sahilində Krov rayonunda otelin qismən uçması nəticəsində iki nəfər həyatını itirib.

Polisin verdiyi məlumata görə, 14 nəfərin qaldığı otelin bir hissəsi uçub.

Hadisə zamanı 1 nəfər həlak olarkən, 5 nəfər dağıntılar altından heç bir zərər görmədən çıxa bilib.

Axtarış işləri zamanı dağıntılar altında qalan 8 nəfərdən 4-ü xilas edilib.

Hadisədən sonra binanın ətrafındakı 31 nəfər ərazidən təxliyə edilib.

Binanın uçmasının səbəbi hələlik məlum deyil.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.