Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial media hesabındakı paylaşımında nazir Fidanın Lammi ilə telefon danışığı apardığını bildirib.
Keçeli görüşdə Qəzzadakı son hadisələrin və bölgədə artan gərginliyin müzakirə edildiyini ifadə edərək deyib:
"Nazir İsrailin atəşkəsə qarşı çıxan tərəf olduğunu xatırladıb və münaqişələrin regional səviyyəyə keçmə riskinə diqqət çəkib. O qeyd edib ki, İsrailin təcavüzü dayandırılmalıdır".





































