Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yunanıstanda Qərbi Nil virusundan bir həftə ərzində 5 nəfər ölüb

Baxış: 251
Yunanıstan Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) verilən açıqlamada virusun 2024-cü ildə ölkənin müxtəlif bölgələrində 6 nəfərin ölümünə səbəb olduğu bildirilib.

Açıqlamada bu ölümlərdən 5-nin son bir həftədə qeydə alındığı bildirilib.

Mütəxəssislər ağcaqanadlardan fərdi qorunmanın vacibliyini vurğulayaraq, virusun xüsusilə Kardiça, Larissa, Trikala, İmatiya, Saloniki və Pelada aşkar edildiyinə diqqət çəkiblər.

Məlumdur ki, ağcaqanadlar tərəfindən yayılan Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində görülən və ölümlə nəticələnə bilən bir xəstəlikdir.

Virusun xüsusilə yaşlılar və immun sistemi zəif olan insanlar üçün daha riskli olduğu bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.