Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranın 8 ildən sonra Sudana təyin etdiyi səfir vəzifəsinə başlayıb

Baxış: 269
Suverenlik Şurasından verilən yazılı açıqlamaya görə, Burhan İranın səfir təyin etdiyi Hüseyni ölkənin şərqindəki Port Sudan şəhərində qəbul edib.

Görüşdə Sudan Xarici İşlər Nazirliyinin müşaviri Hüseyn əl-Əmin də iştirak edib.

Amin görüşdən sonra verdiyi açıqlamada iki ölkə arasında əlaqələrin möhkəm olduğunu və İran səfirinin etimadnaməni təqdim etməsinin iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcından xəbər verdiyini bildirib.

Səfir Hüseyni etimadnaməni “iki ölkə arasında səfirlərin mübadiləsi və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı ümumi konsensus çərçivəsində” təqdim etdiyini bildirib.

İran İslam Respublikası ilə Sudan arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün əlindən gələni edəcəyini vurğulayan Hüseyni ölkəsinin Sudanın milli suverenliyi, birliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Burhan həmçinin Sudanın İrana təyin etdiyi səfir Əbdüləziz Həsən Salih və Cənubi Sudan tərəfindən təyin olunmuş səfir İsam Karrarı da yeni vəzifələrinə yola salıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.