Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nipah virusu bir insanın həyatına son qoydu

Baxış: 273
“Indian Express” qəzetinin məlumatına görə, ştatın səhiyyə rəsmiləri 14 yaşlı uşağın 10 gün əvvəl hərarətinin qalxdığını və xəstəxanaya yerləşdirildiyini bildirib.

Ştat Səhiyyə Naziri Veena George, Nipah virusu diaqnozu qoyulan uşağın müdaxilələrə baxmayaraq öldüyünü açıqladı.

Uşağın təmasda olduğu 4 adamda virus əlamətlərinin olduğunu bildirən Corc bu şəxslərdən birinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Bundan əlavə, dövlət səhiyyə birimi Malappuram rayonunda virusa dair xəbərdarlıq edilən bir "nəzarət otağı" qurdu.

Səlahiyyətlilər ölən uşağın yaxınlarını Nipah testindən keçməyə çağırıb və uşaqla təmasda ola biləcək şəxslərin müəyyən edilməsi üçün işə başlayıb.

NİPAH VİRUSU NƏDİR?

Nipah virusuna yoluxmuş şəxslərdə simptomlar dərhal görünməsə də, qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi simptomlarla qripə bənzər bir vəziyyət inkişaf edə bilər. Növbəti mərhələdə başgicəllənmə, yorğunluq, şüurun dəyişməsi baş verə bilər.

Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan viral infeksiya olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya ilə başlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.