Perunun rəsmi xəbər agentliyi Andina xəbər verir ki, Canqallo şəhərindən Ayakuço bölgəsinə gedən sərnişin avtobusu Ccarchuaccpampa yolunda 200 metrlik uçuruma düşüb.
Qəzada 21 nəfər həyatını itirib, 20 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.
Nəqliyyat və Rabitə naziri Raul Perez Reyes mətbuata açıqlamasında qəza bölgəsinə çoxlu axtarış-xilasetmə qrupunun göndərildiyini, yaralıların xəstəxanalara aparıldığını bildirib.
Qəzada ölənlərin ailələrinə başsağlığı verən Reyes qəza ilə bağlı araşdırmalara başlanıldığını qeyd edib.





































