Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada sərnişin qatarının relsdən çıxması nəticəsində 70-ə yaxın adam xəsarət alıb

Baxış: 263

Ötən gün axşam saatlarında Rusiyanın Komi Muxtar Respublikasında hərəkətdə olan sərnişin qatarı relsdən çıxıb. 215 sərnişinin olduğu qatarda 70 nəfər xəsarət alıb
Rusiyanın Komi Muxtar Respublikasında hərəkətdə olan sərnişin qatarının relsdən çıxması nəticəsində təxminən 70 nəfərin xəsarət aldığı bildirilib.

Rusiya Dəmir Yolları QSC-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Komi vilayətində Vorkutadan Novorossiyskə gedən sərnişin qatarının 14 vaqonundan 9-u relsdən çıxıb.


Hadisə yerinə xilasetmə və tibb qrupları göndərilərkən, qatarda olan 215 sərnişindən təxminən 70-nin yaralandığı, onlardan 10-nun vəziyyətinin ağır olduğu paylaşılıb.


Qeyd edilib ki, hadisə ilə bağlı Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğu araşdırmalara başlayıb.

İlkin məlumata görə, qəzaya səbəb selin dəmir yoluna ziyan vurması olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.