Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Saudi Aramco və TotalEnergies 11 milyard dollarlıq müqavilə imzaladı

Baxış: 269


Saudi Aramco və TotalEnergies 11 milyard dollarlıq müqavilə imzaladı
Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti ilə Fransanın "Total Energy" şirkəti Səudiyyə Ərəbistanında neft-kimya kompleksinin tikintisi üçün 11 milyard dollarlıq müqavilə imzalayıb.
““Aramco” və “TotalEnergies” şirkətləri “Amiral” kompleksinin mühəndislik, satınalma və tikintisi üzrə 11 milyard dollarlıq müqavilə imzalayıblar”, - SAHİBKARTV.AZ xəbər verir ki, şirkətlərin birgə məlumatda deyilir.

Açıqlamaya görə, bu neft-kimya kompleksi Səudiyyə Ərəbistanının Əl Cubail şəhərindəki Satorp neft emalı zavodunun ərazisində tikiləcək.
İmzalanma mərasimi Səudiyyə Ərəbistanının Dhahran şəhərində Saudi Aramco-nun baş direktoru Amin Nasser və Total Energy-nin baş direktoru Patrik Pouyannenin iştirakı ilə baş tutub.
Saudi Aramco 1933-cü ildə əsası qoyulmuş Səudiyyə Ərəbistanının milli neft və qaz şirkətidir. Şirkət Asiya, Avropa və Şimali Amerikanın üç əsas qlobal enerji bazarında təmsil olunur. Şirkətin işçi heyəti 70 min nəfəri ötür. Fransanın TotalEnergies (keçmiş Total) dünyanın ən böyük neft və qaz şirkətlərindən biridir. Şirkətin 130-dan çox ölkədə 100 000-ə yaxın işçisi var. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.