Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan XİN başçısı Albaniyanın Avropa və xarici işlər naziri ilə görüşüb

Baxış: 219


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən “Sahibkartv.az”a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli müstəvidə və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində mövcud olan əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əsasda dəstəkdən məmnunluq ifadə edilib.
C.Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və sülh sazişi üzrə danışıqların statusu barədə məlumatlandırıb.
Tərəflər həmçinin enerji sahəsində əməkdaşlıq, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.