Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Qazprom” qaz hasilatını təqribən 15% azaldıb

Baxış: 280
Rusiyanın “Qazprom” şirkəti bu ilin yanvar-avqust aylarında 288,1 milyard kubmetr qaz hasil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % azalma deməkdir.
“Sahibkartv.az” TASS-a istinadən xəbər verir ki, ilin ilk 8 ayında qeyri-MDB ölkələrinə qaz ixracı 37,4 % (49,1 milyard kubmetr) azalaraq 82,2 milyard kubmetr olub.
Eyni zamanda, avqustda “Qazprom”un orta gündəlik ixracı iyul ayı ilə müqayisədə təxminən 8 % artaraq 222,6 milyon kubmetrə çatıb.
"Qazprom" təsdiq olunmuş sifarişlərə uyğun olaraq qaz təchiz edir.
Rusiyanın daxili bazarında qaz nəqli sistemində “Qazprom”un qazına tələbat 8 ayda 2,9 % (4,7 milyard kubmetr) azalıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.