22:12 / 03-12-2024
21:43 / 03-12-2024
21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
ABŞ-da yaşayan ermənilər azərbaycanlılara qarşı vandalizm aktlarını həyata keçirmək üçün daha bir təxribata əl atıblar.
Oxu.Az-ın xəbərinə görə, ermənilər “Instagram” sosial şəbəkəsində səhifə yaradaraq, Kaliforniyada yaşayan azərbaycanlılar haqqında məlumatlar toplamaq istəyirlər.
Belə ki, onlar Kaliforniyada yaşayan azərbaycanlıların və türklərin yerləri barədə izləyicilərdən məlumat toplamağı qarşılarına hədəfə qoyublar.
Bildirirlər ki, məlumat verən şəxs anonim saxlanılacaq.
Onlar müxtəlif şirnikləndirici vasitələrə əl atırlar. Ermənilər Kaliforniyada yaşayan azərbaycanlılar və türklər haqqında informasiya ötürən şəxslərə 500 dollar mükafat veriləcəyini deyir.
Onlar əsl niyyətlərini isə pərdələyirlər, bildirirlər ki, niyyətləri sülh danışıqlarından ibarətdir.
Bildirək ki, ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los-Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlarla bağlı məlumat yayıb.
Konsulluq bununla bağlı dərhal Los-Anceles Polis İdarəsinə məlumat verib. Müraciətdə məsələnin ciddi şəkildə araşdırılması xahiş olunub.
Baş Konsulluq qeyd edib ki, eyni zamanda, Federal Təhqiqatlar Bürosuna (FBI) da müraciət olunacaq.
“Bu, bir sıra radikal və aqressiv erməni qruplarının hədə-qorxu kampaniyasının tərkib hissəsi ola bilər. Hər birinizi bu günlərdə ehtiyatlı və tədbirli olmağa, eyni zamanda təxribatlara əsla uymamağa çağırırıq.
Bununla bağlı hər hansı məlumatla qarşılaşacağınız halda qaynar xəttimiz (1 (310) 447-4616) və ya bu “Facebook” səhifəsinə mesaj göndərərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik”, - deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, iyulun 21-də Los-Ancelesdə erməni diasporu tərəfindən törədilən təxribatlar nəticəsində 30-a yaxın soydaşımız xəsarət alıb.
Bölməyə aid digər xəbərlər