Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya rəsmisi: “Xəzər ətrafında vahid təhlükəsizlik sistemi qurulmalıdır”

Baxış: 225
Xəzərətrafı regionun vahid iqtisadi, təhsil-humanitar, informasiya məkanı kimi inkişafı üçün müvafiq strategiya hazırlanmalıdır.
Bunu Rusiya Prezidentinin Cənub federal dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Ustinov Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumunda bildirib.
“20 illik razılaşdırmalardan sonra üç il bundan əvvəl Aktau şəhərində Xəzərin hüquqi statusuna dair konvensiya imzalandı. Bu sənəd Xəzər dənizinin gələcəyi üçün sahil ölkələrinin müstəsna məsuliyyət daşıdığını təsdiqləyir. Xəzərətrafı ölkələr arasında iqtisadi, hərbi, ekoloji sahələrdəki əməkdaşlığın şərtləri təsbit olundu. Əməkdaşlığın perspektivli sahələrindən biri də turizmdir”, – deyən Rusiya rəsmisi qeyd edib ki, Xəzər sahilindəki istirahət mərkəzləri hər il bir milyondan artıq turist qəbul etmək iqtidarındadır.
Rusiya rəsmisinin fikrincə, Xəzərətrafı ölkələr regionda hər kəsin mənafeyini nəzərə alan vahid təhlükəsizlik sistemi qurmalıdır: “Bu ölkələrin regional təhlükəsizlik üçün nə qədər məsuliyyət olduğunu gözəl dərk edirik. Belə ki, qonşuluqda Yaxın Şərq və Əfqanıstan kimi münaqişə ocaqları yerləşir. Odur ki, xalqlarımızın təıhlükəsizliyi naminə yaxından əməkdaşlıq etməliyik”.
Qeyd edək ki, VI Xəzər Media Forumunda Azərbaycan, İran, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan, habelə Özbəkistandan 300 nəfərdən artıq media nümayəndəsi, politoloq, ekspert iştirak edib. Bu dəfəki forumun gündəliyində media məkanında milli-mədəni əlaqələr, ekoloji və etnomədəni turizm məsələləri olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.