Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda neft quyularından 592 min dollarlıq oğurluq edilib

Baxış: 230
Bakıda neft quyularından oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələrini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri K. Kərimov, Ş. Babaşov və Bakı şəhər sakini Y. Rüstəmov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.