Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək uzadılıb.
Sahibkartv.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb
Həmçinin oxu: Məktəb ləvazimatlarının “Topdan qiymətinə pərakəndə” satıldığı ünvanlar

Müəyyən edilib ki, 2021-ci il 1 noyabr saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə veriləcək.
Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.
Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti 1 noyabradək uzadılıb
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadılıb.
Bu, Baş nazir Əli Əsədovun“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb
Qərara əsasən, 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00- dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayan ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir.


Tarix: 29-08-2021, 12:06 Oxunub: 188


Bölməyə aid digər xəbərlər