Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dağ yəhudiləri icmasının rəhbəri: “Erməni xisləti elə şeydi ki, onların tikib-yaratmaqla işi yoxdur” - FOTO

Baxış: 283

“Şuşa ziyarəti 30 illik arzularımızın həqiqətə çevrilməsidir. Bu, Şanlı Ordumuzun qələbəsidir. Qələbəmizin memarı Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatında xalqla bir olub. Bu qələbə bizə hüququmuzu, mənliyimizi, qeyrətimizi, mənliyimizi verib”.
Bunu Şuşada APA-ya açıqlamasında Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bildirib.
Onun sözlərinə görə, bu gün Şuşada dini məbədlərin içində azan səslərinin eşidilməsi, Azərbaycanda fəaliyyətdə olan bütün dini icmaların dualarının Allaha çatdırılması ondan xəbər verir ki, biz Allahın himayəsi altındayıq:
“Azərbaycan xalqının gələcəyi həmişə fəxrli olacaq. Buralarda insan gülüşləri, xoşbəxt həyat görünəcək”.
M.Yevdayev dini-mədəni abidələrin ermənilər tərəfindən dağıdılmasına da münasibət bildirib. O deyib ki, erməni xisləti elə bir şeydir ki, onların tikib-yaratmaqla işi yoxdur:
“Ona görə də heç kəsin qisası heç kəsdə qalmır. Biri var zülm, biri də var ərşə çəkilmək, bu, ərşə çəkilən zülm idi və heç vaxt yerdə qala bilməzdi, ona görə də qisası alındı”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.