Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək - YENİ QANUN

Baxış: 135
Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək - YENİ QANUN


Yeni hazırlanan “Pulsuz hüquqi yardım haqqında” qanunun kimlərə şamil ediləcəyi məlum olub.
Qanun layihəsinə əsasən, pulsuz hüquqi yardım göstərilən şəxslər aşağıdakılardır:

Bu qanunla müəyyən edilən hallarda və qaydada ilkin hüquqi yardım almaq, habelə bu qanunun müvafiq maddələri nəzərə alınmaqla cinayət işləri və inzibati xətalara dair işlər üzrə zərərçəkən qismində tanınması, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi ilə əlaqədar peşəkar hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır.

- hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər.

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- əlilliyi olan işləməyən şəxslər;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslər;
- hüquqi yardıma ehtiyacı olan digər şəxslər:
- şəhid ailələrinin üzvləri;
- müharibə veteranları;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
- “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər;
- yetkinlik yaşına çatmayan şəxslər;
- qaçqın statusu almış şəxslər, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər;
- valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər;
- cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 (bir) il müddətinə);
- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər.

Peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə həmin məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu qanuna, “Konstitusiya Məhkəməsi haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

Qeyd edək ki, “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.