Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq

Baxış: 137
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq


Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.

Bu barədə yeni hazırlanmış "Dövlət xidmətləri haqqında" qanun layihəsində deyilir.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Sənədə əsasən, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.

Layihədə qeyd edilib ki, DXER operatoru tərəfindən 7 iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq 7 iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.