Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Binəqədidə aşağı gəlirli təbəqələr üçün binalar tikəcək - 54 MİLYONLUQ MÜQAVİLƏLƏR İMZALANIB

Baxış: 283



Dövlət Binəqədidə aşağı gəlirli təbəqələr üçün binalar tikəcək - 54 MİLYONLUQ MÜQAVİLƏLƏR İMZALANIB 


Dövlətə məxsus Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan “MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonunda əhalinin imtiyazlı təbəqələri üçün 15 çoxmənzilli yaşayış binasının, 80 yerlik uşaq bağçasının tikintisi ilə bağlı 3 müqavilə imzalayıb.
sahibkartv.az xəbər verir ki, müqavilələrin cəmi məbləği 54 milyon 65 min manatdır.

Yaşayış kompleksi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 hatorpaq sahəsində tikiləcək. 
"MİDA" MMC 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi üzüçün "Amal Group" MMC ilə 12 milyon 299 min manatlıq, 23, 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün Hünər İnşaat Firması ilə 20 milyon 932 min  manatlıq,  17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üşün yenə "Amal Group" MMC ilə 20 milyon 834 min manatlıq müqavilələr imzlayıb.
MİDA mənzilləri güzəştli satır. "Güzəştli mənzil" dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur.
Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər:
1)   Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır.
2)   Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir.
Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.