Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboy rayonu Borsunlu kəndindən Vətən Müharibəsi Qazimiz Elmar Nəsirovun doğum günü ilə bağlı tədbir keçirildi.

Baxış: 360


44 günlük Vətən müahribəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən və növbəti müalicədən sonra evinə qayıdan Qazimiz,  Goraboy rayonun Borsunlu kənd sakini, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlunun doğum günü ilə bağlı, Borsunlu kəndində tədbir keçirildi. Tədbirdə iştirak edən   Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları  Qazimizi təbrik etdilər. 

Elmar Nəsirov Vətən müharibəsi başlayarkən hərbi xidmətdə olub. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılıb, fədakarlıqla döyüərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Elmar müharibənin 30 günündə Füzuli-Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanıb. Bir müddət ölkəmizdə müalicə aldıqdan sonra 2021 ci illin martından "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib. Elmar Nəsirov Prezdent İlham Əliyevin sərancamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü ” medalları ilə təltif edilib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.